ABŞ
İşçilərin kütləvi ixtisarından sonra VARLANDI
"Meta" şirkətinin səhmlərinin dəyəri 21% artıb.
Publika.az xəbər verir ki, bu barədə "Business Insider" yazıb. Qeyd olunub ki, həmçinin Mark Zukerberqin şəxsi sərvəti bir gündə 12 milyard dollar artıb. Bazarda nikbinlik şirkətin xərclərini azaltması və bir çox işçini ixtisar etməsi ilə bağlıdır.
"Bloomberg Billionaires Index"ə görə, Zukerberq 57,2 milyard dollarlıq sərvətlə dünyanın ən varlı adamları siyahısında 21-ci yerdə olub. Halbuki 2022-ci ilin əvvəlində Zukerberqin sərvəti 125 milyard dollar idi.
Bu, ötən il "Meta" səhmlərinin qiymətinin kəskin düşməsi ilə bağlıdır. 2022-ci ildə şirkət dəyərinin təxminən üçdə ikisini itirdi və gündəlik aktiv istifadəçilərin sayının azaldığını bildirdi.
2022-ci ilin noyabrında Zukerberq işçilərinin təxminən 13%-ni və ya 11.000-dən çox insanı əhatə edən kütləvi ixtisarları elan etdi. O, digər xərclərin azaldılması tədbirlərini də həyata keçirdi. "Meta" bu siyasəti 2023-cü ildə korporasiya daxilində davam etdirməyi planlaşdırır.
Aytən Məftun
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi




































