ABŞ
ABŞ-da təhlükəli maddələrlə dolu 50 vaqon relsdən çıxaraq ALOVLANDI
ABŞ-ın Ohayo ştatında təhlükəli maddələr daşıyan yük qatarının 50-yə yaxın vaqonu relsdən çıxıb.
Publika.az "Associated Press"ə istinadla xəbər verir ki, hadisə fevralın 4-ü axşam saatlarında baş verib.
Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının sözçüsü Maykl Qrem bildirib ki, vaqonlar relsdən çıxdıqdan sonra onları alov bürüyüb. Onun sözlərinə görə, yollar hələ də bağlanıb, yanğın davam edir.
100-dən çox vaqondan 20-nin tərkibində zəhərli və tez alışan vinilxlorid olub. Onun yanma məhsulları ətraf mühit üçün təhlükəlidir, lakin zərərli maddələrin olduğu vaqonlardan hansının zədələndiyi hələlik bəlli deyil.
Hadisənin səbəbləri hələ müəyyən edilməyib. Ölənlər barədə məlumat yoxdur.
Hüseyn İbadlı
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır




































