ABŞ
Həkimlərdən xəbərdarlıq: Bu iynəni uşaqlara vurdurmayın!
Son zamanlar ABŞ-da yeni ənənə formalaşıb. Uşaqlarının qısaboylu olduğunu düşünən valideynlər onların səhhətlərində heç bir problem olmasa da, “Kosmetik endokrinologiya” adlanan hormon iynəsindən istifadə edirlər.
Sözügedən prossesin geniş vüsət almasına baxmayaraq, həkimlər xəbərdarlıq edirlər ki, bu, sağlamlıq üçün ciddi təhlükə yarada bilər.
Publika.az xəbər verir ki, bu barədə “New York Post” yazır. Nəşr bunu “yeni çılğınlıq” adlandırıb.
Ekspertlər vurğulayırlar ki,yeniyetmə uşaqları hədəf alan yeni tendensiya onların ürək problemləri riskini artırır.

Amma ailələr buna gör narahat deyillər. Qəzetə danışan valideyn bildirib ki, bütün varlılar bunun arxasındadır.
O deyib ki, bəzi ailələr uşaqlarını iynə vurdurmağa məcbur edir. Lenox Hill Xəstəxanasından Dr.Erik Ascher xəbərdarlıq edib ki, prosedurun çatışmazlıqları var.
"Ailələr, hormonlar verildikdə uşaqlarının daha atletik və cazibədar olacağını düşünürlər, lakin bu, uşaqlara çox gənc yaşda mənfi sosial mesaj göndərir və ürək problemləri riskini artırır", - o, deyib.
Ayşən
-
Tarix09:543800 il əvvələ aid borc dəftəri tapıldı: Hesab pivə ilə də bağlanırmış - FOTO
-
Hadisə09:48Elşən Usubov həbs olundu
-
Nida Xəbər 09:12Turan Əliyevə İsveçdə vəzifə verildi - FOTO
-
ABŞ09:00Bir milyon dollarlıq çeklə çəkilmiş fotosu başına bəla oldu - FOTO
-
Region08:48Pezeşkian Xameneinin məzarı önündə diz çöküb ağladı - VİDEO
-
Sağlamlıq08:36İmmuniteti gücləndirən səkkiz tərəvəz: tərkibində nələr var?
-
ABŞ07:30Huanq xəyanətə görə işçilərindən üzr istədi
-
İdman06:46Keçmiş “Bars”a rəsmisindən “Real”a atmaca - “Dəli olurlar, biz isə zövq alırıq”



































