Publika.az xəbər verir ki, ekspertin sözlərinə görə, hər şey müxtəlif kreditlər (ipoteka, iri biznes və fərdi sahibkarlara kreditlər) verən regional banklardan başlayacaq.
"Bu, iqtisadiyyatı tənəzzülə sürükləyən kredit böhranı olacaq. Onlar pul əldə etmək prosesini çətinləşdirəcəklər. Bu, sonun başlanğıcı olacaq", - ekspert xəbərdarlıq edib.
Roubini deyir ki, tənəzzül riski bu gün yüksəkdir. O, məyusedici proqnoz verir: "Sərt eniş ehtimalı artır, əvvəlkindən daha ciddidir".
"Biz Amerika bank sisteminin böyük bir hissəsi üçün təhlükəli problemlə üzləşirik" , - o deyib və əlavə edib ki, ən pisi hələ qabaqdadır.
Ayşən