ABŞ İranı aldatdı: 6 milyard...
Bizi izləyin

ABŞ

ABŞ İranı aldatdı: 6 milyard...

ABŞ Konqresinin Nümayəndələr Palatası daha əvvəl sərbərt buraxdığı İrana məxsus 6 milyard dolların yenidən dondurulması ilə bağlı qanun layihəsini qəbul edib.

Publika.az xəbər verir ki, “İran terrorizminin maliyyələşdirilməsinin qadağan edilməsi” adlı qanun layihəsi Nümayəndələr Palatasında 307 lehinə, 119 əleyhinə səslə qəbul edilib. Respublikaçılar tərəfindən dəstəklənən və “HƏMAS-ın İsrailə hücumlarında rol oynadığı” səbəbiylə İrana pul köçürmələrinin qarşısını almağı hədəfləyən bu qanun layihəsinin Senatda müzakirəyə çıxarılması gözlənilir. Bundan əlavə, qanun layihəsində sözügedən pul köçürmələrinin həyata keçirilməsində iştirak edəcək hər hansı dövlət və ya fiziki şəxsə qarşı sanksiyaların tətbiqi nəzərdə tutulur.

Qanun layihəsinə qarşı çıxan demokratlar, İranla əsir mübadiləsi sayəsində 5 amerikalının sərbəst buraxıldığına işarə edərək, İrana pul köçürmə qərarının məqsədəuyğun olduğunu müdafiə ediblər.

İran ABŞ-nin birtərəfli sanksiyaları səbəbindən bəzi ölkələrdə dondurulmuş aktivlərinə daxil ola bilmir. İran və ABŞ arasında avqust ayında əldə edilən məhbus mübadiləsi razılaşması çərçivəsində Cənubi Koreyada saxlanılan İranın təxminən 6 milyard dollarlıq valyutası sərbəst buraxılmışdı. Son olaraq, oktyabrın 7-də Lüksemburq Ali Məhkəməsi İranın ABŞ-ın müsadirə etməyi tələb etdiyi xarici valyuta aktivlərinə çıxışına hüquqi maneələrin aradan qaldırılmasına qərar verdi.

Nəzrin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm