ABŞ
Süni intellektə investisiya yatıran şirkətlərlə bağlı araşdırma başladı
ABŞ Federal Ticarət Komissiyası (FTC) beş şirkətdən generativ süni intellekt sahəsindəki son sərmayələri və ortaqlıqları haqqında məlumatların açıqlanmasını tələb edib.
Publika.az xəbər verir ki, başladılan araşdırma çərçivəsində, rəqabət mühitinə təsirləri daha yaxşı başa düşmək üçün süni intellekt təminatçıları ilə korporativ tərəfdaşlıq və investisiyalar araşdırılacaq.
Açıqlamada, şirkətlərin süni intellektin inkişafı üçün tələb olunan əsas texnologiya və süni intellekt tərtibatçıları ilə tərəfdaşlıqlar daxil olmaqla bir sıra strategiyalar həyata keçirdiyinə diqqət çəkilib.
FTC-nin tələb etdiyi məlumatlara da toxunulan açıqlamada 5 şirkətə cavab tapşırığını aldıqları tarixdən etibarən 45 gün vaxt veriləcəyi bildirilib.

Bəyanatda fikirləri yer alan FTC sədri Lina Xan vurğulayıb ki, tarix göstərir ki, yeni texnologiyalar yeni bazarlar və sağlam rəqabət yarada bilər:
“Şirkətlər süni intellekti inkişaf etdirmək və ondan pul qazanmaq üçün yarışdıqca, bu fürsəti əngəlləyən taktikalardan qorunmaq lazımdır. Araşdırmamız dominant şirkətlər tərəfindən həyata keçirilən sərmayələrin və ortaqlığın pozulma riskini daşıyıb-daşımadığına aydınlıq gətirəcək. İnnovasiya ədalətli rəqabətə zərbə vurur”.
Aysel Şahmar
-
Rəsmi xronika09:43Prezident: Naxçıvanda yeni nəqliyyat dəhlizləri yaradılır - VİDEO
-
ABŞ09:12ABŞ prezidentinin təyyarəsi niyə gizlicə dəyişdirilib? - Tramp özü danışdı
-
MDB09:00Xəzər pələngi vəhşi təbiətə qaytarılır
-
Sosial08:36Bu rayonların bir hissəsi qazsız qalacaq
-
Qadın08:00Qadınların xəyanət etməsinin 5 SƏBƏBİ
-
İdman06:46Superkompüter La Liqanın favoritini açıqladı
-
Magazin106:1651 yaşlı məşhur aktrisadan bikinili pozalar - FOTO
-
İKT03:43Məşhur ödəniş sistemi "App Store"dan SİLİNDİ






















.jpg)













