Pentaqon rəhbərindən İsrailə hücuma reaksiya: Qəddar təcavüzdür
Bizi izləyin

ABŞ

Pentaqon rəhbərindən İsrailə hücuma reaksiya: Qəddar təcavüzdür

Pentaqon rəhbəri Lloyd Ostin İranın İsrailə raket hücumunu "qeyri-adi təcavüz aktı" adlandırıb.

Publika.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində bildirib.

Lloyd Ostinin sözlərinə görə, bu mövzunu İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalantla müzakirə edib. Söhbət zamanı onlar İranın “təxminən 200” raketinə qarşı İsrailin koordinasiyalı müdafiəsində yüksək peşəkarlıq göstərdikləri üçün bir-birlərinə “təşəkkürlərini” bildiriblər.

“Mən Qalantla İranın İsrailə qarşı bugünkü qəddar təcavüzündən sonra danışdım. Həmçinin İsraildə dəhşətli və ölümcül terror atışması nəticəsində zərər çəkmiş ailələrə dərin hüznlə başsağlığı verdim", - Ostin vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm