ABŞ
Trampın namizədindən şok çağırış: Bütün müsəlmanları öldürün - ABŞ-da ara qarışdı
Trampın Müdafiə Nazirliyinə namizədliyini irəli sürdüyü “Fox News” telekanalının aparıcısı Pit Heqsetlə bağlı bəzi iddialar irəli sürülüb. Heqsetin 2015-ci ildə veteranlar qrupunun tədbirində sərxoş halda "Bütün müsəlmanları öldürün" deyə qışqırdığı iddia edilib.
Publika.az xəbər verir ki, ABŞ-da Ağ Evin 47-ci prezidenti seçilən Donald Trampın kabinetinə namizədlərlə bağlı qalmaqalların ardı-arası kəsilmir. Vaşinqtonda nəşr olunan “The New Yorker” jurnalının xəbərinə görə, 2017-ci ildə bir qadına cinsi təcavüz etdiyi iddiası ilə bağlı daha əvvəl polis hesabatı dərc edilən Heqsete qarşı iddialara yenisi əlavə edilib.
Xəbərdə Trampın Müdafiə Nazirliyinə namizədi Heqset 29 may 2015-ci ildə Ohayoda veteranlar qrupu üçün keçirilən tədbirdə dəfələrlə "Bütün müsəlmanları öldürün" deyə qışqırmaqda günahlandırılır.
ABŞ-ın ən böyük müsəlman vətəndaş haqları təşkilatı olan Amerika-İslam Münasibətləri Şurasının (CAIR) Milli İcraçı Direktoru Nihad Avad yazılı açıqlamada Heqsetin müdafiə naziri vəzifəsinə namizəd kimi tamamilə yararsız olduğu barədə xəbərdarlıq edib.
"Bir dinin bütün tərəfdarlarını qətlə yetirməyə çağıra bilən şəxs, hətta sərxoş olsa da, mühüm vəzifə tutmaq hüququndan məhrum olmalıdır", - CAIR bildirib.
Aysel Şahmar
-
İdman08:12ABŞ-ı məğlub edən Türkiyə millisi mundialla vidalaşdı
-
Magazin106:16"Avroviziya" təmsilçilərimiz illər sonra belə barışıblar
-
İqtisadi gündəm25 İyun 23:12Azərbaycanla Türkiyə arasında daha bir dəhliz yaradıla bilər
-
Magazin125 İyun 22:48Mətanət 4 aya görün neçə kiloqram arıqladı
-
İdman25 İyun 22:12Daha bir DÇ matçı ləğv edilə bilər
-
İdman25 İyun 21:24Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
-
Dünya25 İyun 20:36DƏHŞƏTLİ QƏTL: Qız gizli sevgilisi ilə əlbir olub nişanlısını...
-
Sosial25 İyun 20:12Leyla Əliyeva onun ifasında yeni mahnının təqdimatına qatıldı - VİDEO




































