ABŞ
Kiyevin ABŞ ümidi də puç oldu: Konqres bu sistemi ləğv etdi
ABŞ Konqresinin Nümayəndələr Palatası 2025-ci ilin hərbi büdcəsindən Ukrayna üçün "Lend-Lease"i (ABŞ-ın İkinci Dünya Müharibəsindəki müttəfiqlərinə müharibə materialları, ərzaq və digər mallarla yardım etdiyi sistem) silib.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın Vaşinqtondakı səfiri Oksana Markarova "Facebook"da məlumat verib. Onun sözlərinə görə, "Lend-Lease" bəndi Senatın qanun layihəsində var idi, lakin Nümayəndələr Palatası qanun layihəsinə onsuz səs verib.
Bildirilir ki, hərbi büdcə layihəsi ABŞ Senatı tərəfindən imzalanacaq. Borc-İcarə Aktı hazırkı prezident Co Bayden tərəfindən 9 may 2022-ci ildə uzun hüquqi prosedurlar olmadan silahların Ukraynaya ötürülməsi üçün imzalanıb.
Xatırladaq ki, bundan əvvəl amerikalı politoloq Malek Dudakov ABŞ-ın "Lend-Lease" ilə Ukraynanı 500 milyard dollarlıq (52,8 trilyon rubl) silahla təmin edə bilməyəcəyini irəli sürüb. Ekspert qeyd edib ki, Vaşinqtonun sadəcə olaraq silah üçün o qədər pulu yoxdur. Onun sözlərinə görə, belə sayda raket və tank yoxdur. O, anti-Rusiya sanksiyalarının əlavə tətbiqinin mümkünlüyünə də şübhə edib.
Adəm Abbaslı
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 28 Oktyabr 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial28 Oktyabr 13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı





















.jpg)

.jpg)

.jpg)














