ABŞ
“TikTok”dan Ağ Evə ÇAĞIRIŞ
“TikTok” bazar günü Cozef Bayden administrasiyası və Ədliyyə Nazirliyindən qüvvəyə minməli olan qadağa barədə daha aydın məlumat almasa, fəaliyyətini dayandıracaq.
Publika.az xəbər verir ki, bu barədə servisin “X” hesabında məlumat paylaşılıb.
Bildirilib ki, yanvarın 17-də həm Ağ Ev, həm də Ədliyyə Nazirliyi tərəfindən verilmiş bəyanatlar 170 milyondan çox amerikalı üçün “TikTok”un əlçatanlığını təmin etməkdə mühüm rol oynayan xidmət təchizatçılarına lazımi aydınlıq və zəmanətlər verə bilməyib.
Şirkət açıqlayıb ki, servis yanvarın 19-da ABŞ-dakı fəaliyyətini dayandıra bilər. Bunun baş verməməsi üçün Bayden administrasiyası dərhal yekun bəyanat verməlidir.
Xatırladaq ki, bundan əvvəl ABŞ Ali Məhkəməsi “TikTok”un Çinin ana şirkəti “ByteDance”ə satılmasını və ya ölkədə tamamilə qadağan edilməsini tələb edən qanunu təsdiqləyib.
-
Əmlak08:55MİDA güzəştli mənzilləri satışa çıxarır
-
ABŞ08:36“SpaceX” və “Tesla” şirkətləri bu tarixdə birləşə bilər
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin











.jpg)























