Region
İran "Starlink" peyk sistemindən ABŞ-a qarşı istifadə edib - 6 min terminalı Tehrana kim göndərib?
İranın ABŞ-a qarşı hərbi əməliyyatlar zamanı ehtimal ki, "Starlink" peyk sistemindən istifadə etdiyi bildirilir.
Publika.az xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti məlumatlı mənbələrə istinadla yazıb.
Nəşrin məlumatına görə, "SpaceX" şirkətinin rəhbəri İlon Mask bundan mart ayında, Yaxın Şərqdə hərbi əməliyyatların qızğın vaxtında xəbər tutub. Onun komandasının qiymətləndirməsinə əsasən, İran qüvvələri Amerika bölmələrinə qarşı hərbi əməliyyatlar aparmaq üçün "Starlink" sistemindən istifadə edib.
Qəzetin mənbəsinin iddiasına görə, ABŞ-ın İran hərbçilərinin adətən istifadə etdiyi rabitə sistemlərinin fəaliyyətini pozmaq cəhdləri fonunda peyk rabitəsi İran üçün alternativ vasitəyə çevrilə bilərdi. Həmin mənbə, həmçinin, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının "Starlink" sistemindən İranın istifadə etməsi barədə məlumatın yer aldığı hesabatı guya Pentaqona göndərdiyini bildirib.
Fevral ayında “The Wall Street Journal” qəzeti yazıb ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası etiraz aksiyaları başa çatdıqdan və internetə çıxış məhdudlaşdırıldıqdan sonra İrana təxminən 6 min "Starlink" peyk internet terminalını gizli şəkildə göndərib. Nəşrin məlumatına görə, bu addım İran hakimiyyətinin əleyhdarlarına internet bloklamalarını aşmağa kömək etmək məqsədilə atılıb.
Hüseyn İbadlı
-
Dəb07:4770-ci illərin saç düzümü dəbə qayıdır - Amerikalı müğənnilər kimi... / Foto
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:1653 yaşlı türk aktrisa necə formada qaldığının sirrini açıqladı - Foto
-
Sosial02:42Bakının bu ərazisində söküntüyə hazırlıq gedir: Kompensasiya veriləcək? - Video
-
Magazin100:45Natiq Şirinov yeni doğulan nəvəsi ilə - Video
-
Qoroskop00:15Günün ulduz falı - Estetik zövq axtarışında olacaqsınız
-
Nəqliyyat00:00Bakı-Sumqayıt yolundakı tıxac problemi belə həll olunacaq - Video
-
İdman28 Noyabr 22:48Valdas Dambrauskas: “Qız Qalasının yanında stadion tikməliyik?”



































