Tramp Putini yenə hədələdi: İki həftə sonra nə baş verəcək?
Bizi izləyin

ABŞ

Tramp Putini yenə hədələdi: İki həftə sonra nə baş verəcək?

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini sanksiyalarla hədələyib.

Publika.az xəbər verir ki, ABŞ lideri Ağ Evdəki çıxışı zamanı Putinin Ukraynadakı müharibəni dayandırmayacağı təqdirdə atacağı addımları açıqlayıb.

O vurğulayıb ki, iki həftə ərzində Ukraynadakı müharibənin həlli ilə bağlı çox mühüm qərar qəbul edəcək və qərara sanksiyalar, tariflər daxil ola bilər.

"Lazım gələrsə, mən iki həftə ərzində Rusiyaya qarşı sanksiyalarla bağlı qərar verə bilərəm" - Tramp qeyd edib.

Trampın sözlərinə görə, o, iki həftə ərzində Moskva və Kiyevin münaqişənin nizamlanmasına yanaşmalarını öyrənəcək və Ukraynada sülh danışıqlarının dayanmasına kimin cavabdeh olduğunu müəyyənləşdirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm