Əfsanəvi futbolçu karyerasını bitirdiyini elan etdi - VİDEO
Bizi izləyin

İdman

Əfsanəvi futbolçu karyerasını bitirdiyini elan etdi - VİDEO

Əfsanəvi yarımmüdafiəçi Serxio Buskets futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, “İnter Mayami”nin oyunçusu sosial şəbəkədə paylaşım edərək vida sözlərini səsləndirib:

“Hamıya və futbola təşəkkür edirəm. Siz həmişə bu gözəl hekayənin bir parçası olacaqsınız”, – deyə Buskets yazıb.

O əlavə edib ki, meydanda daha bir ay çıxış edəcək.

37 yaşlı futbolçunun ABŞ klubu ilə müqaviləsi MLS mövsümünün sonuna qədər qüvvədədir.

Buskets “Barselona”nın yetirməsidir və 2023-cü ilə qədər kataloniyalıların heyətində çıxış edib. Onun kolleksiyasında 9 La Liqa çempionluğu, 7 İspaniya Kuboku və Superkuboku, 3 Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionluğu var. Millidə isə 2010-cu ildə dünya, 2012-ci ildə Avropa çempionu olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm