Tramp "Qırğı"dan qisas alır? - Tez bir zamanda ittiham edin
Bizi izləyin

ABŞ

Tramp "Qırğı"dan qisas alır? - Tez bir zamanda ittiham edin

ABŞ Ədliyyə Departamentinin yüksək vəzifəli məmurları keçmiş ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Con Boltona qarşı tez bir zamanda ittiham irəli sürməyə çalışırlar.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilir ki, Ədliyyə Departamentinin prokurorları Trampın ilk prezidentlik dövründə milli təhlükəsizlik üzrə müşavir vəzifəsində çalışmış və hazırda prezidentin siyasətini tənqid edən "Qırğı" ləqəbli Con Boltona qarşı tez bir zamanda ittiham irəli sürməyə çağırır.

Onlardan işi başa çatdırıb məhkəməyə çıxarılması tələb olunur.

Eyni zamanda, prokurorlar tələsmək istəmirlər və məsələnin əlavə araşdırmalar tələb etdiyini təkid edirlər.

Qeyd edək ki, avqust ayında ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) agentləri Boltonun Merilenddəki evinə və Vaşinqtondakı ofisinə basqın edərək mümkün pozuntulara dair sübutlar axtarıblar.

ABŞ-ın vitse-prezidenti J.D.Vens keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonla bağlı təhqiqat aparıldığını təsdiqləyib, lakin bunun, onun Donald Trampı tənqid etdiyinə görə qisas olduğunu inkar edib.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm