ABŞ
Kaliforniya qubernatoru Trampa meydan oxuyur: “Azad dünyanın lideri mənəm”

ABŞ hökumətinin bağlanması fonunda Kaliforniya qubernatoru, demokrat Qevin Nyusom özünü “azad dünyanın lideri” elan edib.
Publika.az xəbər verir ki, o, bunu “X” sosial media platformasında paylaşımında açıqlayıb.
Nyusom bildirib: "Vaşinqton iflic vəziyyətdədir. Mən, Qevin Nyusom, qubernatorun mətbuat xidməti tərəfindən yayımlanan bəyanata əsasən “azad dünyanın lideri” rolunu öz üzərimə götürürəm. Oxşar titul daha əvvəl Ağ Evin mətbuat katibi Karolin Levitt tərəfindən ABŞ prezidenti Donald Trampa verilmişdi".
Bundan əlavə, qubernator universal səhiyyə, pulsuz məktəb yeməkləri, pulsuz uşaq baxımı və digər sosial dəstək tədbirlərini əhatə edən siyasət platformasını təqdim edib.
O, müraciətində həmçinin bunları qeyd edib: "Yumurta pulsuz olacaq, saç üçün gel subsidiyaları tətbiq ediləcək, bütün bilet haqlarından imtina olunacaq".
Qeyd edək ki, ABŞ hökumətinin bağlanması oktyabrın 1-də konqresin yeni maliyyə ili üçün büdcəni təsdiq edə bilməməsindən sonra başlayıb. Bağlanma zamanı dövlət qurumlarına xərcləmə qadağan olunur, işçilərin əksəriyyəti məzuniyyətə göndərilir. Kritik sahələrdə çalışan tibb işçiləri, sərhəd patrul agentləri, hərbçilər və nəqliyyat işçiləri isə maaş almadan işləməyə davam edirlər.
Adəm
-
Cənubi Qafqaz16:02
Qarabağın işğalında iştirak edənlər medallarını qaytarır - VİDEO
-
Nida Xəbər 15:24
Azərbaycanla sülh: Ermənistan parlamenti layihəni qəbul etdi
-
Nida Xəbər 15:00
İlham Əliyev Ciorcia Meloni ilə görüşdü
-
İdman13:49
"Fənərbağça"nın oyunu bu kanalda - TV AFİŞA
-
Köşə13:00
122 minlik qızılın altında əzilən sənət: Kimdir müqəssir?
-
İdman12:53
Elvin Silvanın haqqına girib? - Bir-birimizin gözünün içinə baxırdıq...
-
Rəsmi xronika12:37
İlham Əliyev Kopenhagendə açılış mərasimində iştirak etdi - YENİLƏNDİ
-
Region10:30
Paşinyanı devirmək üçün İrəvana gələn minlərlə “Vaqner”çi: Araşdırma davam edir