ABŞ Senatında şatdaunu dayandırmaq üçün növbəti səsvermə: Yenə uğursuz nəticələndi
Bizi izləyin

ABŞ

ABŞ Senatında şatdaunu dayandırmaq üçün növbəti səsvermə: Yenə uğursuz nəticələndi

ABŞ Senatında Nümayəndələr Palatasının qəbul etdiyi Respublikaçılar Partiyasının hökuməti maliyyələşdirmə layihəsi oktyabrın 1-də yenə səsvermədən keçməyib.

Publika.az xəbər verir ki, təsdiq üçün 60 səs tələb olunan layihəyə 55 lehinə, 45 əleyhinə səs verilib.

Demokratlar Partiyasından 3 nəfər layihəni dəstəkləyib. Rand Pol qanun layihəsinin irəli sürülməsi təklifinin əleyhinə səs verən yeganə Respublikaçılar Partiyası üzvüdür. Layihənin keçməsi üçün əlavə 5 səsə ehtiyac var. Səsvermənin uğursuz olması ölkədə şatdaunun davam edəcəyini göstərir.

ABŞ-da hökumətin maliyyələşdirilməsini nəzərdə tutan layihə üzrə növbəti səsvermə oktyabrın 3-də keçiriləcək. Sonuncu səsvermə uğursuz olduqdan sonra Senat yəhudi üzvlərin Yom-Küppür bayramını qeyd edə bilmələri üçün bir günlük fasilə elan edib. Qanunvericilər cümə və şənbə günləri səsverməyə qayıdacaqlar. Səsvermə yenə uğursuz olarsa, senatorlar oktyabrın 6-sı toplanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm