ABŞ
ABŞ-dan İranla bağlı yeni sanksiyalar

ABŞ İranın hərbi proqramlarını dəstəklədiyi üçün digər ölkələrdən olan şəxslərə və təşkilatlara qarşı sanksiyalar tətbiq edir.
Publika.az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.
Məlumata görə, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) İran, Çin, Almaniya, Portuqaliya və Uruqvaydan olan 30-dan çox fiziki və hüquqi şəxsi müəyyən edib. Onların hamısı kütləvi qırğın silahlarının yayılması ilə bağlı proqramlarda və ixrac nəzarətinə məruz qalan fəaliyyətlərdə iştirakda şübhəli bilinirlər.
ABŞ-ın maliyyə naziri Skot Bessentin bəyanatına görə, sanksiyalar BMT Təhlükəsizlik Şurasının İrana qarşı təsdiq etdiyi sanksiyaların yenidən qüvvəyə minməsinə dəstək məqsədilə tətbiq edilib. O vurğulayıb ki, Vaşinqton İranın ballistik raket və hərbi təyyarə proqramlarını dəstəkləyən İranın silah tədarükü şəbəkələrini hədəfləyir.
-
İdman00:05
Qurban Qurbanov: O yerlərdə olmaq möhtəşəmdir
-
Rəsmi xronika1 Oktyabr 23:21
İlham Əliyev "Qarabağ"ı təbrik etdi
-
İdman1 Oktyabr 23:11
"Qarabağ" - "Kopenhagen" oyununun ən yaxşı futbolçusu - Foto
-
İdman1 Oktyabr 22:38
"Qarabağ" yenə tarix yazdı: "Kopenhagen"i də məğlub etdi - YENİLƏNDİ
-
Avropa1 Oktyabr 20:20
Siyasətimizdən və ölkəmizdən rədd ol! - Nazirdən İlon Maska sərt mesaj
-
Ekologiya1 Oktyabr 19:40
Bakıda külək gücləndi - Faktiki hava
-
Kriminal1 Oktyabr 18:30
Saxta orden və medal təsis edən QHT sədrləri saxlanıldı
-
Magazin11 Oktyabr 16:32
Cabir İmanovun həyat yoldaşı görün kim imiş - FOTO