ABŞ
HƏMAS Trampın planını qəbul etdi

Fələstinin HƏMAS hərəkatı ABŞ Prezidenti Donald Trampın planına uyğun olaraq məhbusları azad etməyə razılaşıb.
Publika.az xəbər verir ki, bu barədə HƏMAS bəyanat yayıb.
“Bu kontekstdə hərəkat bu razılaşmanın təfərrüatını müzakirə etmək üçün vasitəçilərlə dərhal danışıqlara başlamağa hazır olduğunu təsdiqləyir”, - HƏMAS-ın bəyanatında deyilir.
Bundan əlavə, hərəkat Qəzza zolağının idarəçiliyini fələstinli texnokratlardan ibarət müstəqil hakimiyyətə təhvil verməyə razılaşıb.
HƏMAS vurğulayıb ki, ABŞ prezidentinin Qəzza zolağının gələcəyi və Fələstin xalqının qanuni hüquqları ilə bağlı təklifində qeyd olunan digər məsələlər vahid milli mövqe, müvafiq beynəlxalq qanun və qətnamələrlə bağlıdır.
Tramp "TruthSocial" sosial media platformasında HƏMAS-ı oktyabrın 5-i axşama qədər onun sülh planının şərtləri ilə razılaşmayacağı təqdirdə “görünməmiş cəhənnəm”lə hədələyib. Amerika lideri Yaxın Şərqdə sülhün bu və ya digər şəkildə əldə ediləcəyini vurğulayıb .
Ağ Ev rəhbəri deyib ki, onun “Yaxın Şərqin böyük, güclü və zəngin ölkələri, eləcə də ABŞ və İsrail ” tərəfindən razılaşdırılan sülh planı HƏMAS-a qalan döyüşçülərini xilas etmək üçün “son bir şans” verir.
Tramp bütün girovların dərhal azad edilməsini tələb edib və “bütün günahsız fələstinliləri mümkün hərbi əməliyyatlar zonasını dərhal tərk etməyə” çağırıb.
(Teleqraf)
-
Sosial00:05
Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür
-
Hadisə3 Oktyabr 23:43
Bakıda ağır qəza: 3 nəfər xəsarət aldı
-
Dünya3 Oktyabr 21:19
İsrail "Sumud" flotiliyasının bütün gəmilərini ələ keçirdi
-
Hadisə3 Oktyabr 20:10
TƏBİB-dən Oqtay Şirəliyevin vəfatı ilə bağlı AÇIQLAMA
-
ABŞ3 Oktyabr 19:20
Cəhənnəmlə üzləşəcəklər... - Tramp HƏMAS-a 2 gün möhlət verdi
-
Hadisə3 Oktyabr 19:10
Oqtay Şirəliyev vəfat etdi
-
Nəqliyyat3 Oktyabr 18:30
Bakıda 21 yolda tıxac yarandı - SİYAHI
-
İdman3 Oktyabr 16:58
Parisdə bətnində, Xankəndidə yanında: Bütün dünyanın danışdığı Yaylagül yenə gündəmdə - FOTOLAR