Hadisə
Gəncə terrorundan 5 il ötür
.jpg?v1759533438)
İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 5 il ötür.
Publika.az xatırladır ki, 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, fərdi yaşayış evlərinə düşüb.
Ermənistanın bu raket hücumu müharibənin getdiyi Qarabağ bölgəsindən kənarda edilən ilk ciddi hücum idi. Düşmən tərəfindən Gəncənin bombalanması nəticəsində bir mülki şəxs - Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 32 mülki şəxs isə yaralanıb. Yaşayış evləri ilə yanaşı mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə beş dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
-
İKT02:44
"Instagram" istifadəçilərinin nəzərinə: Harada olduğunuz görünəcək...
-
Qoroskop01:40
Günün ulduz falı: ilk addımı atmaq üçün əlverişli vaxtdır...
-
Sosial00:05
Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür
-
Hadisə3 Oktyabr 23:43
Bakıda ağır qəza: 3 nəfər xəsarət aldı
-
İdman3 Oktyabr 22:36
Messini MMA-ya çağırdılar: Uğur qazana bilərsən
-
Hadisə3 Oktyabr 20:10
TƏBİB-dən Oqtay Şirəliyevin vəfatı ilə bağlı AÇIQLAMA
-
ABŞ3 Oktyabr 19:20
Cəhənnəmlə üzləşəcəklər... - Tramp HƏMAS-a 2 gün möhlət verdi
-
Hadisə3 Oktyabr 19:10
Oqtay Şirəliyev vəfat etdi