ABŞ
ABŞ Azərbaycan və Ermənistanla ilk İşçi qrupları yaradacaq
ABŞ hökuməti ilin sonunadək Azərbaycan və Ermənistanla ilk İşçi qruplarının yaradılmasını planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə "Report"a ABŞ bürosuna Birləşmiş Ştatların Dövlət Departamentinin Mətbuat xidmətindən məlumat verilib.
Qurumun məlumatında qeyd olunur ki, ABŞ hökuməti əldə olunmuş razılaşmalar əsasında Azərbaycan və Ermənistanla əməkdaşlığı dərinləşdirməyə davam edir və bu ilin sonunadək hər iki hökumətlə ilkin işçi qruplarının yaradılmasını təmin edəcək: "Amerika Birləşmiş Ştatları 8 avqustda Vaşinqtonda imzalanmış tarixi birgə bəyannamə və Anlaşma Memorandumlarının icrasına sadiqdir və ilin sonunadək hər iki hökumətlə ilkin işçi qruplarının yaradılmasını təmin edəcək".
Dövlət Departamenti həmçinin Azərbaycanla Ermənistan arasında davam edən dialoqu və son praktiki addımları müsbət qiymətləndirib. Qeyd olunub ki, ABŞ höküməti Azərbaycan və Ermənistan rəsmiləri arasında inkişaf etdirilən görüşləri, əldə olunmuş razılaşmaların icrasını da yaxından izləyir: "Biz Azərbaycan və Ermənistan rəsmiləri arasında sərhədlərin müəyyənləşdirilməsi, minatəmizləmə və TRIPP layihəsinin dəstəklənməsi məqsədi ilə infrastrukturun inkişafı üzrə son məzmunlu müzakirələri alqışlayırıq. Həmçinin Azərbaycanın Ermənistana göndərilən yüklərin tranzitinə icazə verilməsi barədə son qərarını və Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvanda keçirilmiş görüşünü də müsbət qarşılayırıq. ABŞ-nin rəhbərlik etdiyi təşəbbüslər bu səylərlə birlikdə özəl investisiyaları cəlb edəcək və Azərbaycan, Ermənistan və onun hüdudlarından kənarda yeni firavanlıq dövrü başlayacaq".
-
Rəsmi xronika10:15İlham Əliyev İrəvandakı sammitə onlayn qoşulacaq
-
ABŞ09:30Trampın ən yaxın müttəfiqi xəstəxanaya yerləşdirildi: Kritik vəziyyətdədir
-
ABŞ09:00Əfqan mühacir ABŞ-ı qarışdırdı - Faciənin təsviri olan xalçalar satılır
-
Yaxın Şərq07:47Hörmüz boğazındakı yeni əməliyyatın təfərrüatı AÇIQLANDI
-
Ekologiya07:17Bu gün 24 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16“Səməni”nin içindən görün kim çıxdı - VİDEO
-
Sağlamlıq05:15Stressdən azad olmağın sadə və sürətli yolu
-
ABŞ02:42Sərnişin təyyarəsi işıq dirəyinə çırpıldı - Sonra çörək maşınının...














.jpg)



.jpg)








.png)


.jpg)




