ABŞ
ABŞ və Səudiyyə Ərəbistanı müdafiə paktı üzrə ANLAŞDI
ABŞ və Səudiyyə Ərəbistanı yeni ikitərəfli müdafiə paktı üzrə faktiki olaraq razılığa gəliblər.
Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşü zamanı bildirib.
“Biz demək olar ki, razılığa nail olmuşuq”, - Amerika lideri qeyd edib.
ABŞ və Səudiyyə Ərəbistanı liderlərinin görüşündə Ər-Riyada 48 ədəd beşinci nəsil "F-35" qırıcılarının satışının müzakirə edildiyi güman edilir. İsrail hazırda Yaxın Şərqdə bu tip hərbi texnikaya malik yeganə ölkədir.
Noyabrın 18-də Şahzadə bin Salman Ağ Evdə Amerika lideri ilə görüşüb. O, atlı mühafizəçilərin müşayiəti ilə Ağ Evə gəlib. Onu qapıda ABŞ-ın yüksək səviyyəli rəsmiləri, o cümlədən Amerika liderinin özü qarşılayıb.
Hüseyn İbadlı
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar

































