ABŞ
ABŞ bir sahədə Rusiyadan GERİ QALIR - Trampdan ETİRAF
"ABŞ-ın buzqıran gəmilərinin sayı Rusiyaya nisbətən xeyli azdır".
Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
O qeyd edib ki, əvvəllər ABŞ-ın heç bir buzqıranı olmayıb, hazırda isə yalnız bir ədəd buzqıran mövcuddur. O əlavə edib ki, eyni zamanda Rusiyanın 48 buzqıranı var.
Oktyabr ayında yayılan məlumatlara görə, ABŞ Prezidenti ölkəsinin Rusiya qədər buzqırana sahib olmasını istəyir və bu məqsədlə Finlandiya və bir sıra digər ölkələrdən gəmilər almağa çalışır.
Oktyabrın 9-da Tramp Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşdə Vaşinqtonun Helsinkidən buzqıranlar alacağını bəyan edib.
"Reuters" və "Yle"nin Ağ Evdəki mənbələrinin məlumatına görə, bu buzqıranlar ABŞ Sahil Mühafizəsi tərəfindən istifadə olunacaq. Ümumi müqavilənin dəyəri təxminən 6,1 milyard dollar təşkil edir. Ümumilikdə 11 buzqıran gəmini əhatə edən bu layihə çərçivəsində onların dördü Finlandiya gəmiqayırma zavodlarında inşa olunacaq.
Hüseyn İbadlı
-
Magazin206:16Çəkilişlər başlamadan serialdan ayrıldı
-
İdman05:15Ronaldo Dünya Kubokunda yeni rekorda imza atdı
-
Region04:14Ankara Cevdet Yılmazı Tehrana göndərir
-
Magazin101:11Cennifer Lopez səhnəyə elə libada çıxdı ki... - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu sizə ən doğru yolu göstərəcək
-
Nida Xəbər 2 İyul 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region2 İyul 23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz2 İyul 21:48Ermənistanda zəlzələ baş verdi






























.jpg)





