İdman
Volk Messi və Ronaldo arasında seçim etdi
Mahaçqalanın "Dinamo" klubunun qapıçısı David Volk argentinalı Lionel Messinin portuqaliyalı Kriştianu Ronaldudan daha güclü olduğunu bildirib.
Publika.az xəbər verir ki, bu barədə "Çempionat" məlumat verir.
"Dünya çempionatında heç kimi dəstəkləmirəm, amma Argentinanın çempionluq statusunu təsdiqləyə bilməsi əla olardı. Messi bütün komandası ilə birlikdə bir daha dünyaya sübut edəcək ki, o, ən böyüyüdür. Mənim fikrimcə, futbolçu kimi o, Ronaldudan daha güclüdür", - deyə Volk bildirib.
Xatırladaq ki, Argentina yığması dünya çempionatının qrup mərhələsinin üçüncü turunda İordaniya komandası üzərində 3:1 hesabı ilə qələbə qazanıb. 19-cu dəqiqədə argentinalıların yarımmüdafiəçisi Covani Lo Çelso hesabı açıb. 31-ci dəqiqədə Lautaro Martines penaltini dəqiq yerinə yetirərək üstünlüyü iki topa çatdırıb. 55-ci dəqiqədə İordaniyanın forvardı Mussa Əl-Tamari bir qolun əvəzini çıxıb. 80-ci dəqiqədə Lionel Messi turnirdə özünün altıncı qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.
Argentina üç oyunda doqquz xal toplayaraq J qrupunda birinci yeri tutub. 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilir.
Dünya çempionatının 1/16 finalında Messinin olduğu Argentina yığması iyulun 4-də Kabo-Verde ilə qarşılaşacaq.
Hüseyn İbadlı
-
İKT12:12İnsanlığı məhv edəcək - Daha bir məşhur süni intellekt tədqiqatçısı sektoru tərk etdi
-
Nida Xəbər 11:30Pərvin Mirzəzadəyə yüksək vəzifə verildi
-
Sağlamlıq10:12İlan qanından "kokteyl” hazırlandı: Kim içsə... - MÖCÜZƏ
-
Nida Xəbər 09:51Mehriban Əliyeva paylaşım etdi - FOTO
-
Hadisə09:48Xalq artisti vəfat etdi - FOTO
-
Pul08:12Dolların ilin sonuna olan məzənnəsi AÇIQLANDI
-
İdman07:30Messi bu klubu alır
-
Magazin206:16İtmiş telefon məşhur rəqqasənin ölümünə səbəb oldu












.webp)







.jpg)
.jpg)












.png)




