Dünya
Dünya bu möcüzədən danışır: Böyük şəhəri belə sərinləşdirirlər - VİDEO
Çində yaşayış komplekslərində tətbiq edilməyə başlanan su dumanı sistemi yay istisinə qarşı alternativ həll kimi diqqət çəkib.
Publika.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə sistemin açıq məkanlarda temperaturu əhəmiyyətli dərəcədə azaltdığı əks olunur.
NDTV-nin məlumatına görə, sistem işə salındıqda havanın temperaturu 3-6 dərəcə aşağı düşür. Hava axını və rütubət səviyyəsindən asılı olaraq isə sərinlətmə effekti 10-15 dərəcəyə qədər çata bilir.
Sistem yüksək təzyiqlə havaya mikroskopik su damcıları püskürdür. Damcılar yerə çatmamış buxarlanaraq ətrafdakı istiliyi udur və havanı sərinləşdirir, lakin heç yeri islatmır.
Açıq məkanlarda istifadə oluna bilən bu texnologiya ənənəvi kondisionerlərdən fərqli olaraq kompressor və soyuducu qazlardan istifadə etmir. Yalnız su təzyiqi ilə işlədiyi üçün daha az elektrik enerjisi sərf edir.
Bildirilir ki, sistem havanı sərinləşdirməklə yanaşı, ağcaqanad və milçək kimi uçan həşəratların azalmasına da kömək edir. Mütəxəssislər hesab edirlər ki, iqlim dəyişikliyi fonunda bu texnologiyaya maraq gələcəkdə daha da artacaq.
Müəllif: Roza
-
Hadisə20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
-
Avropa19:39İspaniyadan presedentsiz addım - 70 min insan təxliyə edildi
-
Hadisə19:15Şəhid anası vəfat etdi - FOTO
-
Hadisə19:00Müharibə veteranı vəfat etdi - FOTO
-
Elm və təhsil18:09Bakı Qızlar Universiteti bağlanır? - Diplom məsələsi necə olacaq?-VİDEO
-
Region16:21Ermənistanda doğum sayı azaldı




















.jpg)













