ABŞ
Ağ Evin yaxınlığında əsgərləri güllələyən şəxs ABŞ kəşfiyyatı ilə əməkdaşlıq edirmiş
Vaşinqtonda Milli Qvardiyanın əsgərlərinə atəş açmaqda şübhəli bilinən şəxs Əfqanıstanda Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edib.
Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Şübhəli, 29 yaşlı əfqan Rəhmanullah Laqanval, ABŞ-a köçməzdən əvvəl "Əfqanıstandakı tərəfdaş qüvvələrlə” əməkdaşlıq edib.
CIA direktoru Con Ratkliff daha sonra CBS telekanalına deyib ki, atəş açdığı iddia edilən şəxs “ABŞ hökuməti ilə əvvəlki işinə görə” ABŞ-a buraxılıb.
"Baydenin Əfqanıstandan fəlakətli şəkildə geri çəkilməsindən sonra, 2021-ci ilin sentyabrında Rəhmanullahın ABŞ-a daxil olması onun xaotik evakuasiyadan qısa müddət sonra Qəndəhardakı tərəfdaş qüvvələrin bir hissəsi kimi ABŞ hökuməti, o cümlədən MKİ ilə əvvəlki işi sayəsində mümkün olub", - Ratkliff deyib.
FTB direktoru bildirib ki, hücumun motivi barədə spekulyasiya etmək hələ tezdir, lakin "hazırda terrorla bağlı araşdırma aparılır".
Vaşinqtonda baş verən atışmada 20 yaşlı Sara Bekstrom həlak olub, 24 yaşlı Endryu Vulf isə yaralanıb.
Tural
-
Magazin206:16Çəkilişlər başlamadan serialdan ayrıldı
-
İdman05:15Ronaldo Dünya Kubokunda yeni rekorda imza atdı
-
Region04:14Ankara Cevdet Yılmazı Tehrana göndərir
-
Magazin101:11Cennifer Lopez səhnəyə elə libada çıxdı ki... - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu sizə ən doğru yolu göstərəcək
-
Nida Xəbər 2 İyul 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region2 İyul 23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz2 İyul 21:48Ermənistanda zəlzələ baş verdi































.jpg)





