ABŞ
Trampdan Maduroya ŞOK TƏHDİD - “Könüllü istefa verməsə...”
ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduroya telefon danışığı zamanı deyib ki, əgər o, könüllü şəkildə istefa verməsə, Vaşinqton güc tətbiq edə bilər.
Publika.az xəbər verir ki, bu barədə Wall Street Journal öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, ötən həftə Tramp Maduraya bildirib ki, “əgər o, öz istəyi ilə vəzifədən getməzsə”, ABŞ Venesuelaya qarşı müxtəlif fəaliyyət variantlarını, o cümlədən güc tətbiqini nəzərdən keçirəcək. Nəşrin iddiasına görə, iki ölkənin liderləri telefon danışığında həmçinin Maduro və onun yaxın ətrafı üçün mümkün amnistiyanı müzakirə ediblər.
Trampın birinci prezidentlik müddətində, 2020-ci ilin martında ABŞ Maduroya və ölkənin digər bir sıra rəsmilərinə narkoterrorizmdə iştirak ittihamları irəli sürmüş və Venesuela prezidentinin “həbsinə və/və ya təqsirli bilinməsinə gətirib çıxaracaq” məlumat üçün 15 milyon dollar mükafat təyin etmişdi. Bu ilin avqust ayının əvvəlində Vaşinqton Maduronun tutulmasına imkan verəcək məlumat üçün mükafat məbləğini 50 milyon dollara qaldırmışdı.
ABŞ Ədliyyə Nazirliyinin versiyasına görə, Venesuela lideri dünyanın ən böyük narkotacirlərindən biridir və guya ABŞ-ın milli təhlükəsizliyinə təhlükə yaradır.
Amerika KİV-ləri dəfələrlə yazıblar ki, ABŞ yaxın vaxtlarda respublika ərazisinə zərbələr endirməyə başlaya bilər.
Cümə axşamı Tramp bəyan etmişdi ki, Vaşinqton “çox yaxın zamanda qurudan” Venesueladan gələn narkotrafiklə mübarizəyə başlayacaq, lakin mümkün hərbi əməliyyatlar barədə əlavə məlumat verməyib.
Şənbə günü isə ABŞ lideri “Venesuela üzərindəki və onun ətrafındakı hava məkanının tamamilə bağlı hesab edilməli” olduğunu deyib.
Hüseyn İbadlı
-
ABŞ21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika20:24Prezident Fərman imzaladı
-
Hadisə20:00Bakıda piyada son anda ölümdən döndü - Anbaan video
-
Kriminal18:25Ramiz Mehdiyev barədə qərar verildi
-
Sosial16:38Əli Kərimlinin həbs müddəti uzadıldı
-
Dünya15:32Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu














.jpg)




















