ABŞ
ABŞ bu planından imtina etdi
ABŞ ordusu 4-cü Dəniz Piyada Alayını Okinavadan çıxarmaq planından imtina edib. Alay Tayvanda mümkün hərbi münaqişə zamanı yaxın adalarda məhdudmiqyaslı əməliyyatlar aparmaq üçün nəzərdə tutulur.
Publika.az xəbər verir ki, bu barədə "Kyodo News" məlumat yayıb.
Bildirilib ki, daha əvvəl alayın Okinavadakı hərbi mövcudluğunu azaltmaq proqramı çərçivəsində Quam adasına köçürülməsi planlaşdırılırdı.
Lakin bu plan əməliyyat səbəblərinə görə yenidən nəzərdən keçirilib. ABŞ hərbi komandanlığı hesab edir ki, Quamdan Tayvan bölgəsinə məsafə təxminən 3000 kilometr, Okinavadan isə təxminən 500 kilometrdir. Bu isə fövqəladə vəziyyət zamanı alayın yerləşdirilmə müddətini əhəmiyyətli dərəcədə azaldır.
Qeyd edək ki, Vaşinqton və Tokio uzun illərdir Okinavada Amerika hərbi kontingentinin azaldılması ilə bağlı danışıqlar aparır.
Yaponiyadakı ABŞ hərbi obyektlərinin təxminən 70 faizi və demək olar ki, bütün döyüş bölmələri Okinavada cəmləşib. Bu isə yerli hakimiyyət orqanları və əhali arasında narazılıq yaradır.
Hazırda Okinavada təxminən 19 min ABŞ dəniz piyadası yerləşdirilib. Onlardan təxminən 15 mininin mərhələli şəkildə geri çəkilməsi planlaşdırılırdı.
Adəm
-
Dünya22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdı su...
-
Sosial22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar
-
Magazin122:125 milyon baxışı olan mahnını yutubdan sildirdi
-
Qoroskop19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar
-
İdman18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?






















.jpg)














