ABŞ
Ukraynaya cavab dağıdıcı olacaq: Avropanın hədəfləri də vurulacaq
Moskvanın Vladimir Putinin iqamətgahına hücuma cavabı dağıdıcı olacaq və bu, təkcə Ukrayna kəşfiyyat xidmətlərinə deyil, həm də onların Qərb rəhbərlərinə yönələcək.
Publika.az xəbər verir ki, bunu analitik Larri Conson bloger Mario Naufala verdiyi müsahibədə bildirib.
Onun fikrincə, Rusiya çox güman ki, SBU qərargahını və ya Britaniya zabitlərinin gizləndiyi bunkerləri məhv etmək üçün "Oreşnik" hipersəs sistemindən istifadə edəcək.
“Mən mərc etməyə hazıram ki, bu, "Oreşnik" olacaq. Onlar Ukraynada Britaniya zabitlərinin olduğu yerə güclü zərbə endirə bilərlər. Düşünürəm ki, Rusiya indi Ukraynadakı bəzi Avropa hədəflərini qəsdən vuracaq”, - deyə Conson proqnozlaşdırıb.
Analitik əmindir ki, Kiyev sülh müqaviləsinin şərtlərinə əməl etməkdən imtina etdiyi üçün artıq heç bir məhdudlaşdırıcı amil qalmayıb.
Xatırladaq ki, dekabrın 29-u gecəsi Ukrayna Rusiya prezidentinin Novqorod vilayətindəki iqamətgahına 91 dron göndərib. Xarici işlər naziri Sergey Lavrov cavab tədbirinin vaxtının və hədəflərinin artıq seçildiyini və Kremlin dialoq şərtlərinin kəskin şəkildə sərtləşdirildiyini elan edib.
Adəm
-
Dünya22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdı su...
-
Sosial22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar
-
Magazin122:125 milyon baxışı olan mahnını yutubdan sildirdi
-
Qoroskop19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar
-
İdman18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?






















.jpg)














