ABŞ
III Dünya müharibəsi planında Türkiyə detalı: 48 saatda hər şey dağılacaq
“National Security Journal” beyin mərkəzi ehtiyatda olan generalların, bürokratların, diplomatların və beynəlxalq təhlükəsizlik mütəxəssislərinin iştirakı ilə Üçüncü Dünya Müharibəsinə səbəb olacaq ABŞ-Çin qarşıdurmasında baş verə biləcək ssenariləri araşdırıb.
Publika.az xəbər verir ki, araşdırmada mümkün müharibənin ilk 48 saatının qanlı və dəhşətli olacağı qeyd olunur.
NSJ-nin hesabatında bildirilir ki, Çin ordusu ilk 24-48 saat ərzində ABŞ və müttəfiq ölkələrdəki hədəflərə mindən çox ballistik raket və PUA-larla hücum edə bilər. Hədəf siyahısında Pasifik (Sakit okean) bölgəsindəki hərbi hava bazaları, yanacaq depoları, komanda-nəzarət mərkəzləri, radar şəbəkələri və döyüş gəmiləri yer alır.
Çinin Hərbi Hava Qüvvələrinin invantarında DF-21 və DF-26 kimi orta və uzaqmənzilli raket sistemləri Quam, Yaponiya və digər ada zəncirinə qədər geniş coğrafiyanı təhdid edir. Bu hücumda əsas məqsəd ABŞ-ın logistik əlaqəsini və qərarvermə qabiliyyətini ilk saatlarda iflic etməkdir.
Hesabatda ABŞ Hərbi Hava Qüvvələrinin ana strategiyası olan “Agile Combat Employment” (ACE) doktrinasına diqqət çəkilir. Qeyd olunur ki, F-15EX, F-35 və tanker təyyarələrinin çoxsaylı bazaya yerləşdirilməsi bu ssenarilərə hazırlıq məqsədi daşıyır. Son dövrlər bölgədə reallaşan ən böyük hava təlimləri, xüsusilə “REFORPAC 2025” təlimi də belə ssenarilərə uyğun keçirilib.
Çinlə mümkün müharibə ssenarisində əsas risk kimi VLS (şaquli buraxılış sistemləri – yerüstü gəmilər və sualtı qayıqlar kimi mobil dəniz platformalarından raketlərin atılması) platformalarının azlığı qiymətləndirilir. Qeyd olunur ki, SM-5, LRASM və JASSM kimi sursatların istehsalının artırılması vacibdir.
Hesabatda vurğulanır ki, müttəfiq ölkələrin hərbi potensialı mümkün müharibənin ilk həftəsində həlledici ola bilər: “Yaponiyanın “Tomahavk” raketlərinin uzaqmənzilli atış potensialı gücləndirilməli, Filippin adalarında bazaların sayı artırılmalıdır”.
Mümkün müharibədə Türkiyənin rolu, xüsusilə raket və PUA potensialı xüsusilə vurğulanır.
“Müharibə bir günlə məhdudlaşmayacaq, həftələr və aylarla davam edə bilər. İlk zərbəni kimin alması yox, hansı tərəfin sürətlə öz gücünü bərpa etməsi həlledici olacaq. ABŞ Çini Pasifik bölgəsində sıxışdıra bilər, lakin quru döyüşlərində bu, çətin olacaq. Müharibənin ilk 48 saatı ağır itkilərlə nəticələnəcək”, - hesabatda qeyd olunur.
Asif
-
Hadisə19:0012 yaşlı şagird özünü məktəb binasından atdı - Əmisinin zorakılıq etdiyini deyibmiş
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov



















.jpg)
.jpg)

















