ABŞ
ABŞ yenidən dünyanın yeganə supergücünə çevrildi - KİV
Donald Trampın prezidentliyi dövründə ABŞ yenidən dünyanın yeganə supergücü statusunu bərpa edib və artıq qlobal proseslərin istiqamətini və tempini müəyyənləşdirir.
Publika.az xəbər verir ki, bu barədə "Fox News" analitik yazısında bildirilir.
Agentliyin qiymətləndirməsinə görə, ABŞ-ın güclənməsi Çin, Rusiya və İranın beynəlxalq mövqelərinin zəifləməsi ilə müşayiət olunur.
Məlumata görə, Tramp bir ildən də az müddətdə ABŞ-ı tənəzzülə uğrayan ölkədən hərbi, siyasi və iqtisadi baxımdan dominant gücə çevirib.
"Fox News" Davos sammitində baş verən son proseslərə toxunaraq qeyd edib ki, Tramp Qrenlandiya ətrafında yaranan hərbi müdaxilə narahatlığını qısa müddətdə “sülh yolu ilə” strateji nəzarət çərçivəsinə salıb.
Hərbi sahədə ABŞ-ın İranın nüvə proqramına qarşı addımları və Venesuela rejiminə qarşı əməliyyatları Vaşinqtonun qlobal üstünlüyünün göstəricisi kimi təqdim olunur. Eyni zamanda, Rusiya Ukrayna müharibəsində zəifləyib, Çin isə hərbi təcrübə çatışmazlığı ilə üzləşib.
"Fox News" həmçinin ABŞ-da iqtisadi canlanmanın başladığını və Trampın iqtisadi siyasətlərinin böyük xarici investisiyaları ölkəyə cəlb etdiyini vurğulayıb.
Hüseyn İbadlı
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
-
İdman11:10Bunun adı soyğunçuluqdur – ABŞ İspaniyanın mükafatından 19 milyon vergi tutacaq?
-
Dünya10:20Estoniya-Rusiya sərhədində böyük növbə: Kamran Əbilov səbəbini açıqladı
























.jpg)











