ABŞ
Trampdan Orbana möhtəşəm dəstək - “Heç vaxt məyus etməyəcək”
ABŞ Prezidenti Donald Tramp qarşıdan gələn parlament seçkiləri ərəfəsində Macarıstanın Baş naziri Viktor Orbanı öz dostu adlandıraraq ona dəstəyini ifadə edib.
Publika.az xəbər verir ki, Ağ Ev rəhbəri "Truth Social" sosial şəbəkəsindəki paylaşımında 2022-ci ildə olduğu kimi, bu il də Orbanı yenidən dəstəkləməkdən qürur duyduğunu bildirib.
Tramp Macarıstan rəhbərini həqiqi dost, mübariz və qalib şəxsiyyət kimi xarakterizə edərək, onun Macarıstan xalqını heç vaxt məyus etməyəcəyinə inandığını vurğulayıb.
Amerika lideri ABŞ və Macarıstanın daha böyük uğurlar qazanması və əməkdaşlığın inkişafı üçün Viktor Orbanla birgə fəaliyyəti səbirsizliklə gözlədiyini qeyd edib.
Xatırladaq ki, Macarıstanda Milli Məclisin tərkibinin müəyyənləşəcəyi və Orbanın siyasi taleyinin həll olunacağı parlament seçkiləri 2026-cı il aprelin 12-nə planlaşdırılıb.
Eyni zamanda, mətbuatda Orbanın ölkədə prezidentlik institutunun nüfuzunu gücləndirmək və gələcəkdə bu posta keçmək niyyətində olduğu barədə məlumatlar yayılıb.
Hüseyn İbadlı
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
-
İdman11:10Bunun adı soyğunçuluqdur – ABŞ İspaniyanın mükafatından 19 milyon vergi tutacaq?
-
Dünya10:20Estoniya-Rusiya sərhədində böyük növbə: Kamran Əbilov səbəbini açıqladı
























.jpg)











