ABŞ
Trampdan Kremlə nüvə silahı ilə bağlı yeni təklif
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə imzalanmış Strateji Hücum Silahlarının Azaldılması haqqında Müqavilənin (START-3) müddətini uzatmaq əvəzinə, yeni və uzunmüddətli bir saziş üzərində işləməyin vacibliyini bildirib.
Publika.az xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
Tramp mövcud sənədin ABŞ üçün əlverişsiz şərtlərlə bağlandığını və ciddi şəkildə pozulduğunu qeyd edərək, mütəxəssislərə gələcək üçün daha müasir və təkmilləşdirilmiş müqavilə hazırlamağı tapşırmağın tərəfdarı olduğunu vurğulayıb.
Sözügedən müqavilənin fəaliyyət müddəti 2026-cı il fevralın 5-də rəsmən başa çatıb.
Ağ Evdən verilən məlumata görə, dövlət başçısı nüvə silahlarına nəzarətlə bağlı növbəti addımlar barədə qərarı özü uyğun bildiyi vaxtda verəcək.
Eyni zamanda, mətbuatda Trampın Rusiya ilə nüvə paritetini qorumaq və yeni danışıqlara Çini də daxil etmək istədiyi bildirilir. ABŞ-nin vitse-prezidenti Cey Di Vens də ölkəsinin dünyada nüvə silahlarının sayını azaltmaq üçün Rusiya, Çin və digər dövlətlərlə əməkdaşlıq edəcəyini vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyi isə müqavilənin müddəti bitdikdən sonra yarana biləcək təhlükələrə qarşı hərbi-texniki cavab tədbirlərinə hazır olduqlarını bəyan edib.
Hüseyn İbadlı
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
-
İdman11:10Bunun adı soyğunçuluqdur – ABŞ İspaniyanın mükafatından 19 milyon vergi tutacaq?
-
Dünya10:20Estoniya-Rusiya sərhədində böyük növbə: Kamran Əbilov səbəbini açıqladı
























.jpg)











