ABŞ
Epşteyn ölən gecə kamerasının qarşısında görünən ruh: ABŞ bundan danışır
ABŞ Ədliyyə Nazirliyinin Ceffri Epsteyn işi ilə bağlı sənədlərində maliyyəçinin kamerasının yerləşdiyi mərtəbənin yaxınlığında naməlum "narıncı siluet"i göstərən FBI müşahidə görüntülərinin təsviri var.
Publika.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Sözügedən görüntülər, uşaq cinsi istismarında ittiham olunan Epşteynin həbsxanada ölü tapıldığı 10 avqust 2019-cu il gecəsi müşahidə kameralarından götürülüb. FTB təhlilinə görə, videoda "narıncı işığın parıltısı" və ardınca Epşteynin saxlanıldığı yerə pilləkənlərə qalxan bir siluet görünür. Müstəntiqlər narıncı geyimli kişinin standart həbsxana geyimində olan məhbus ola biləcəyinə inanırlar.
Lakin “CBS News” qeyd edir ki, bu “ruh”un görünüşü ilə bağlı məlumat əvvəllər Epşteynin ölümü ilə bağlı rəsmi hökumət hesabatlarında yer almayıb.
Baş Müfəttişin yekun hesabatında deyilir ki, təxminən saat 22:39-da şəxsiyyəti naməlum təhlükəsizlik işçisi pilləkənlərlə qalxıb və saat 22:41-də yenidən kamera tərəfindən çəkilib. Lakin rəsmi sənədlərdə narıncı geyimli naməlum şəxsin adı çəkilmir.
Rəsmi versiyaya görə, Epşteyn səhər saat 6:30-dan bir az əvvəl intihar edib. Onun cəsədi həbsxana əməkdaşı tərəfindən aşkar edilib. Ölümün dəqiq vaxtı heç vaxt müəyyən edilməyib və bu da sonradan istintaqın keyfiyyəti ilə bağlı suallar yaradıb. CBS vurğulayır ki, "narıncı geyimli kişi"dən bəhs edilməməsi maliyyəçinin ölümünün səbəbləri ilə bağlı şübhələri artırır.
Hüseyn İbadlı
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
-
İdman11:10Bunun adı soyğunçuluqdur – ABŞ İspaniyanın mükafatından 19 milyon vergi tutacaq?
-
Dünya10:20Estoniya-Rusiya sərhədində böyük növbə: Kamran Əbilov səbəbini açıqladı
























.jpg)











