ABŞ
Mask iki planetdə şəhərlər salacağına söz verdi
"SpaceX" şirkəti yaxın onilliklərdə Ayda və Marsda özünü təmin edən şəhərlər salmaq niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə amerikalı sahibkar İlon Mask "X" sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, şirkətin mütəxəssisləri artıq Yer kürəsinin peykində belə bir layihənin reallaşdırılmasına fokuslanıblar və nəticələr 10 ildən də az müddətdə əldə edilə bilər.
""SpaceX" həmçinin Marsda şəhər salmağa çalışacaq və buna təxminən beş-yeddi ildən sonra başlayacaq", - deyə Mask yazıb.
Sahibkar qeyd edib ki, Marsa uçuşlar yalnız Günəş sistemi planetlərinin lazımi şəkildə yaxınlaşdığı dövrlərdə - hər 26 aydan bir mümkün olacaq. Bu zaman yolun müddəti altı ay təşkil edəcək.
Aya raketləri hər 10 gündən bir buraxmaq mümkündür və uçuş müddəti cəmi iki gündür. "SpaceX"in təsisçisi vurğulayıb ki, məhz bu səbəbdən orada şəhərin inşası Marsa nisbətən xeyli sürətli baş tutacaq. Onun proqnozuna görə, Marsda şəhərin tam qurulması üçün 20 ildən çox vaxt tələb olunacaq.
Bundan əvvəl İlon Mask artıq Aya genişmiqyaslı qayıdış vaxtının gəldiyini bəyan etmişdi. O, bu fikri təyyarənin ilk uçuşundan Ayın fəthinə qədər cəmi 66 ilin keçdiyini vurğulayan paylaşıma şərh verərkən bildirib.
Hüseyn İbadlı
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto
-
Nəqliyyat3 Aprel 19:00Yeni ödənişli yolun qiyməti nə qədər olacaq? - Tarif Şurasından açıqlama
-
Digər3 Aprel 18:50Günəşdə güclü partlayış baş verdi
-
Sosial3 Aprel 18:20Nizami Kino Mərkəzində vandalizm edənlərin kimliyi məlum oldu




































