ABŞ
ABŞ NATO-nun iki postunu Avropaya təhvil verir: Özünüz özünüzü qoruyun
ABŞ NATO-nun iki əsas komandanlıq postunu avropalı zabitlərə təhvil verəcək. Bu, ABŞ prezidenti Donald Trampın Avropa ölkələrinin öz təhlükəsizlikləri üçün daha çox məsuliyyət daşımaları tələbləri fonunda baş tutacaq.
Publika.az "European Pravda"ya istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilir ki, sözügedən postlar İtaliyanın Neapol və Böyük Britaniyanın Norfolk qraflığındadır.
"Müttəfiqlər NATO komandanlıq strukturunda yüksək vəzifəli zabitlər üçün yeni məsuliyyət bölgüsü barədə razılığa gəliblər. Bu bölgüdə NATO-nun ən yeni üzvləri də daxil olmaqla, Avropa müttəfiqləri Alyansın hərbi rəhbərliyində daha görkəmli rol oynayacaqlar", - deyə NATO nümayəndəsi planlaşdırılan dəyişikliklərlə bağlı suala cavab verərkən deyib.
O əlavə edib ki, qərar "gələcək rotasiyaların planlaşdırılması" ilə bağlıdır və daha ətraflı məlumat yaxın vaxtlarda veriləcək.
Məlumata görə, bu dəyişikliyin bir hissəsi olaraq, avropalı zabitlər hazırda amerikalı admiralların rəhbərlik etdiyi NATO-nun Neapol Birgə Qüvvələr Komandanlığı və Norfolk Birgə Qüvvələr Komandanlığına rəhbərlik edəcəklər.
Eyni zamanda, ABŞ iyerarxiyada bir qədər aşağıda yerləşən, lakin əhəmiyyətli əməliyyat məsuliyyətinə malik üç komandanlığa - Birgə Hava Komandanlığı, Birgə Dəniz Komandanlığı və Birgə Quru Komandanlığına nəzarəti ələ keçirəcək.
Adəm
-
Qarabağ 21:26Şuşada bunu etmək qadağan edilir
-
Ekologiya19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial19:10Kimlərə güzəştli kreditlər veriləcək?
-
Dünya18:20İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı
-
Rəsmi xronika17:23İlham Əliyev sərəncam imzaladı
-
Elm və təhsil16:28Keçid balları düşəcək?
-
Magazin114:32Dünyada tanınan azərbaycanlıların siyahısı açıqlandı: Bizim Xalq artisti də var - FOTO
-
İdman13:55Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər
















.jpg)






















