ABŞ
Tramp İranı yeni armada ilə hədələdi
"Vaşinqton İrana doğru ikinci aviadaşıyıcı qrupunu göndərmək imkanını nəzərdən keçirir".
Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti "Axios" nəşrinə verdiyi müsahibədə bildirib.
Ağ Ev rəhbəri hadisələrin bu cür inkişaf variantını nəzərdən keçirdiyini etiraf edərək, bölgəyə bir armadanın hərəkət etdiyini və bəlkə daha birinin də ora yönələcəyini bəyan edib.
Bundan əvvəl İran hökumətinin İsrail və ABŞ tərəfindən atıla biləcək mümkün addımlara hazır olduğu bildirilirdi.
Fevralın 9-da "The Jerusalem Post" qəzeti qeyd edib ki, əgər İslam Respublikası "qırmızı xətləri" keçərsə, İsrail İranın raket proqramı obyektlərinə müstəqil şəkildə hücum etməyə hazır olduğu barədə Birləşmiş Ştatlara xəbərdarlıq edib. İsrail tərəfinin fikrincə, hazırda İranın raket infrastrukturuna ciddi zərər vurmaq üçün "tarixi məqam" yetişib.
Öz növbəsində, fevralın 7-də İranın xarici işlər naziri Abbas Araqçi bəyan edib ki, Tehran hücuma məruz qalacağı təqdirdə ABŞ-ın Fars körfəzindəki bazalarına zərbə endirməyə hazırdır. Nazir vurğulayıb ki, Tehran öz raket proqramını nə indi, nə də gələcəkdə müzakirə etmək niyyətində deyil, çünki bu, ölkənin müdafiə məsələsidir.
Hüseyn İbadlı
-
Magazin206:16Oktay Kaynarca və Fahriyə Evcen eyni serialda
-
İdman05:15Millinin baş məşqçisi Mbappeyə BAŞ ƏYDİ
-
Dəb04:44Stilist mövsümün ən dəbli çantasını seçdi
-
Səhiyyə01:41Nəhayət ki, sızanaqların dəqiq səbəbi tapıldı
-
Magazin200:45"Harri Potter"in ulduzu vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Bu, qaçmaq üçün bir fürsətdir
-
Region00:15Türkiyə-Ermənistan sərhədində hərəkətlilik başladı
-
Sosial00:00Leyla Əliyeva pianoda bu mahnını ifa etdi - VİDEO




































