ABŞ
Xokkey oyunu zamanı atışma: Ölənlər var - Video
ABŞ-ın Rod-Aylend ştatında xokkey oyunu zamanı atışma baş verib.
Publika.az “Target 12” televiziya kanalına istinadən xəbər verir ki, hücum edən şəxs də daxil olmaqla iki nəfər ölüb.
Qeyd olunur ki, daha dörd zərərçəkən xəstəxanaya yerləşdirilib.
Hadisə yerli vaxtla saat 14:00 radələrində baş verib. Buz meydançasında “Koventri” və “Blekstoun” komandaları arasında oyun başlayacaqdı. Telekanalın məlumatına görə, panikaya düşmüş bir neçə nəfər yaxınlıqdakı aptekə qaçaraq atışma barədə məlumat verib.
İşçilər stadionu tez bir zamanda bağlayıb və ərazini təxliyə ediblər. Tamaşaçılar təcili yardım xidmətlərinə zəng ediblər və polis gələnə qədər içəridə sığınıblar.
Hadisənin səbəbi hələlik müəyyən edilməyib. Hüquq-mühafizə orqanları araşdırmalarını davam etdirir və hadisənin bütün hallarını aydınlaşdırır.
Tural
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar





































