ABŞ
ABŞ daha 3 gəmiyə zərbə endirdi - Çox sayda ölən var
ABŞ çərşənbə axşamı narkotik alverçilərinə məxsus gəmilərə zərbə endirib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Cənub Komandanlığı məlumat yayıb.
Vaşinqtondakı rəsmi şəxslərin bildirdiyinə görə, Sakit okeanda həyata keçirilən əməliyyat nəticəsində qaçaqmalçı olduğu ehtimal edilən 11 nəfər həlak olub.
Əməliyyatın komandanlığını general Frensis Donovan öz üzərinə götürüb və o, terror təşkilatları tərəfindən idarə olunan üç gəmiyə zərbə endirmək üçün "Southern Spear" operativ qrupuna əmr verib. Amerika kəşfiyyatının təsdiqlədiyi kimi, gəmilər narkotik alverçiləri üçün məlum olan marşrutlarla hərəkət edirmiş. Zərbələr nəticəsində 11 narkoterrorçu zərərsizləşdirilib.
Əməliyyat zamanı amerikalı hərbçilər arasında xəsarət alan olmayıb.
Bundan əvvəl həmçinin ABŞ-ın Karib dənizində narkotik alverçilərinin qayıqlarına 40- dan çox zərbə endirib. O zaman ölənlərin sayı 145-ə çatıb.
Hüseyn İbadlı
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar





































