ABŞ
Zelenski Trampa mesaj göndərdi - “Bu, ədalətsizdir”
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Kiyevi münaqişənin sülh yolu ilə həlli çərçivəsində güzəştə getməyə çağırmasını ədalətsiz hesab edib.
Publika.az xəbər verir ki, o, bu fikri "Axios"a verdiyi müsahibədə bildirib.
Zelenski qeyd edib ki, müvafiq çağırışlar Rusiyaya deyil, məhz Ukraynaya ünvanlanıb. O, ehtimal edib ki, Tramp üçün Kiyevə təzyiq göstərmək, Moskvaya təzyiq göstərməkdən daha asan ola bilər.
Müsahibə zamanı Zelenski həmçinin Ukrayna qoşunlarının Donbasdan çıxarılmasını müzakirə etməyə hazır olduğunu, lakin bunun yalnız Rusiyanın öz qoşunlarını eyni məsafəyə geri çəkməsi şərti ilə mümkün olduğunu bəyan edib.
O vurğulayıb ki, qoşunların birtərəfli qaydada çıxarılmasını nəzərdə tutan sülh sazişi rədd ediləcək.
Hüseyn İbadlı
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar





































