ABŞ
Yazdığı sözlər başına bəla oldu - Xanım prezident Maskı məhkəməyə verdi
Meksika Prezidenti Klaudiya Şeynbaum amerikalı sahibkar İlon Maskı narkokartellərlə əlaqəsi olması barədə dediyi sözlərə görə məhkəməyə verə bilər.
Publika.az xəbər verir ki, xanım prezident bu barədə jurnalistlərə açıqlamasında bildirib.
"Bu məsələ ilə hüquqşünaslar məşğul olur", - deyə Meksika lideri qeyd edib.
Mask "X" sosial şəbəkəsindəki şərhində Şeynbaumun "sadəcə öz kartel rəhbərlərinin ona diktə etdiklərini danışdığını" yazmışdı.
Meksikanın Xalisko ştatında təhlükəsizlik qüvvələrinin keçirdiyi xüsusi əməliyyat zamanı ölkənin ən güclü narkokartellərindən biri olan "Xalisko Yeni Nəsil" (CJNG) qruplaşmasının lideri Nemesio Oseqera Servantes ("El Menço") məhv edilib. Onun ölüm xəbərindən sonra Xalisko və daha azı səkkiz ştatda iğtişaşlar başlayıb: kartel üzvləri yolları bağlayır, avtomobilləri yandırır və mağazaları qarət edirlər.
Hakimiyyət gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq edib, Qvadalaxara və Puerto-Vayarta hava limanları müvəqqəti bağlanıb. ABŞ səfirliyi amerikalıları sığınacaqlara çəkilməyə çağırıb, zərərçəkən Rusiya vətəndaşları barədə hələlik məlumat yoxdur.
Hüseyn İbadlı
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu















.jpg)






















