ABŞ
ABŞ Rusiyanı yeni sanksiyalarla vurdu
ABŞ Maliyyə Nazirliyi Rusiya ilə bağlı sanksiya siyahısını genişləndirərək ora dörd fiziki şəxs və üç təşkilatı daxil edib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat yayıb.
Müvafiq sənəddən məlum olur ki, məhdudiyyətlər CAATSA qanunu və kiberfəaliyyətlə bağlı tədbirlər çərçivəsində tətbiq edilib. Siyahıya Rusiya və Özbəkistan vətəndaşları, o cümlədən Sergey Zelenyuk, Oleq Kuçerov, Marina Vasanoviç və Əzizjon Mamaşoyev düşüblər.
Həmçinin siyahıya Rusiya və BƏƏ-də qeydiyyatdan keçmiş şirkətlər, o cümlədən "MATRIX LLC", "Advance Security Solutions" və "Special Technology Services LLC FZ" əlavə edilib.
Fevralın 19-da ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişə ilə əlaqədar Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətini bir il uzadan fərman imzalayıb. Sənədə əsasən, qərar Co Bayden administrasiyasının 2022-ci ilin fevralında, Tramp administrasiyasının 2018-ci ildə, habelə Barak Obama administrasiyasının 2014-cü ildə tətbiq etdiyi məhdudiyyətlərə şamil olunub.
Hüseyn İbadlı
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC



































