ABŞ
Ağ Ev mətbuatdan tələb etdi: Bu xəbəri dərhal silin
Ağ Evin mətbuat katibi Kerolin Levitt ABC-dən ABŞ Federal Təhqiqat Bürosunun (FTB) Kaliforniya polisini İranın mümkün pilotsuz təyyarə hücumları barədə xəbərdar etdiyini iddia edən xəbəri silməsini tələb edib.
Publika.az xəbər verir ki, mətbuat katibi sosial mediada yazıb: "Bu mesaj və paylaşım “ABC News” tərəfindən dərhal silinməlidir".
Ağ Ev sözçüsünün sözlərinə görə, onlarda Amerika vətəndaşlarını qorxutmaq məqsədi daşıyan yalan məlumatlar var. O, qeyd edib ki, materiallar təsdiqlənməmiş məlumatlara əsaslanır.
Levitt həmçinin vurğulayıb ki, İrandan ABŞ-a qarşı belə bir təhdid mövcud deyil və heç vaxt mövcud olmayıb.
Martın 11-də FTB Kaliforniya polis idarələrinə İranın mümkün dron hücumları ilə bağlı xəbərdarlıq edilməsi barədə mediada yayılan xəbərlərə münasibət bildirməkdən imtina edib.
Tural
-
Region01:11Fulya Öztürk Leyla Əliyeva ilə bir arada - VİDEO
-
Magazin200:30Türk aparıcı 11 saat qaranlıq qutuda qaldı
-
Magazin214 Noyabr 22:48Emma kameralar qarşısında yıxıldı - FOTO
-
Art14 Noyabr 22:00Qızından sabiq nazirlə bağlı paylaşım - FOTO
-
İdman14 Noyabr 21:24Sambo üzrə idman ustası başından güllələndi
-
İdman14 Noyabr 21:12Futbol matçında dava: Vitse-prezident rəqiblə əlbəyaxa oldu
-
Sosial14 Noyabr 21:00Ramiz Mehdiyevin qızının vəkili həbs edildi
-
İdman14 Noyabr 20:36Dünya çempionu prezidentliyə namizəd oldu
























.png)













