ABŞ
Rusiyaya güzəşt yoxdur: ABŞ bu qadağanı uzatdı
ABŞ Prezidenti Donald Tramp, Rusiya gəmilərinin Amerika limanlarında hərəkətini və lövbər salmasını məhdudlaşdıran fövqəladə vəziyyət rejimini bir il müddətinə uzadıb.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin Federal Reyestrdə dərc olunan rəsmi məlumatında qeyd olunub.
Sözügedən qərar Rusiya gəmilərinin Amerika limanlarında hərəkətinə və dayanmasına ciddi məhdudiyyətlər qoyur.
Xatırladaq ki, bu rejim ilk dəfə 21 aprel 2022-ci ildə ABŞ-ın əvvəlki prezidenti Co Bayden tərəfindən tətbiq edilmişdi. Həmin fərmanla daxili təhlükəsizlik nazirinə Rusiya ilə əlaqəli gəmilərin hərəkətini tənzimləmək səlahiyyəti verilmişdi.
"Rusiya Federasiyası hökumətinin siyasəti və hərəkətləri ABŞ-ın beynəlxalq münasibətlərinin pozulması və ya pozulma təhlükəsi səbəbindən fövqəladə təhdid yaratmağa davam edir", - deyə Ağ Evin rəsmi açıqlamasında qeyd olunub.
Bununla bağlı olaraq, Tramp Rusiya Federasiyasına qarşı "milli fövqəladə vəziyyət" rejimini və gəmilərin hərəkəti ilə bağlı fövqəladə səlahiyyətləri daha bir il müddətinə qüvvədə saxlayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ Maliyyə Nazirliyi üç Rusiya gəmisini sanksiya siyahısından çıxarmışdı. Lakin Donald Tramp administrasiyasının tətbiq etdiyi müvəqqəti istisnaların müddəti başa çatdıqdan sonra, ABŞ-ın Rusiya neftinə qarşı sanksiyaları yenidən tam gücü ilə qüvvəyə minib.
Müəllif: Adəm
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz














.jpg)


.webp)
.jpg)

.jpg)

















.jpg)