ABŞ
ABŞ-ın nəhəng aviadaşıyıcılarında aclıq: Ən güclü ordu bir parça ətə möhtac qalıb - FOTO
Yaxın Şərqdə yerləşdirilən ABŞ-ın "USS Abraham Lincoln" və "USS Tripoli" aviadaşıyıcılarında ciddi qida çatışmazlığı yaşanır.
Publika.az "USA Today" nəşrinə istinadən xəbər verir ki, gəmilərdəki heyət üzvləri həm qidaların keyfiyyətsizliyindən, həm də azlığından şikayət edirlər.
Dənizçilərin paylaşdığı fotolarda nahar sinilərində yalnız kiçik bir tikə ət, bir ədəd lavaş, bişmiş kök və quru kotlet görünür. Təzə tərəvəzlərin tamamilə bitdiyi, ehtiyatların tükəndiyi və hərbçilərin yeməyi öz aralarında bərabər bölmək məcburiyyətində qaldıqları bildirilir.
"Dünyanın ən güclü ordusu bizim ordudur. Siz qida çatışmazlığı yaşamamalı idiniz", - deyə "USS Tripoli" gəmisində xidmət edən dəniz piyadasının atası bildirib.
Hərbçi özü isə ailəsinə xəbərdarlıq edərək yazıb: "Ehtiyatlar tamamilə tükənmək üzrədir, şəxsi heyətin mənəvi ruhu minimuma enəcək".
Vəziyyəti daha da qəlizləşdirən isə loqistika problemidir. Ailələrin öz yaxınlarına qida və ilkin tələbat malları göndərmək cəhdləri boşa çıxıb. ABŞ Poçt Xidməti (USPS) bölgədəki hava məkanının bağlanması və münaqişə nəticəsində yaranan fasilələr səbəbindən regiondakı 27 hərbi ünvana çatdırılmanı dayandırıb. Yola salınmış bağlamalar isə yollarda qalıb - onlar nə geri qaytarılır, nə də mənzil başına çatdırılır.
Dənizçi ailələrinə kömək edən Qərbi Virciniyadan olan bir keşiş vəziyyəti belə təsvir edib: "Yeməklər dadsızdır, dəhşətli dərəcədə azdır, onlar hər zaman acdırlar. Bu, ürək parçalayan bir mənzərədir".
Müəllif: Adəm

-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz














.jpg)


.webp)
.jpg)

.jpg)

















.jpg)