ABŞ
ABŞ-nin strateji neft ehtiyatları kəskin şəkildə azaldı
ABŞ-nin strateji neft ehtiyatları son iki ilin ən aşağı səviyyəsinə enib.
Publika.az xəbər verir ki, CNN telekanalının apardığı hesablamalara əsasən, ABŞ-nin strateji neft ehtiyatlarının həcmi 2024-cü ilin aprel ayından bəri ən aşağı göstəriciyə çatıb.
ABŞ Energetika Nazirliyinin son məlumatlarına görə, ölkədə neft və neft məhsullarının ümumi ehtiyatları hazırda 1,584 milyard barel təşkil edir və azalma tendensiyası davam edir. Strateji ehtiyatlarda neftin həcmi sonuncu dəfə 2003-cü ilin mart ayında 1,5 milyard bareldən aşağı səviyyədə qeydə alınıb.
Məlumata əsasən, İranla münaqişənin başlanmasından sonra ehtiyatlardakı neftin həcmi təxminən 12 faiz azalıb. "S&P Global Energy"nin qiymətləndirməsinə görə, Hörmüz boğazının bağlanması qlobal bazarda 1,2 milyard barel neft itkisinə səbəb olub. Yaranmış çatışmazlığın aradan qaldırılması məqsədilə yalnız ötən həftə strateji ehtiyatlardan bazara 9,1 milyon barel neft çıxarılıb.
Mütəxəssislər hesab edirlər ki, Vaşinqton və Tehran arasında mümkün sülh razılaşması əldə olunsa belə, neft bazarının sabitləşməsi dərhal baş verməyəcək.
"RBC Capital Markets" şirkətinin analitiki Helima Kroft CNN-ə açıqlamasında bildirib ki, hətta razılaşma yaxın günlərdə imzalansa belə, Hörmüz boğazında yaranmış yüklənmənin aradan qaldırılması təxminən altı həftə çəkəcək. Onun sözlərinə görə, bu amil yay mövsümündə tələbatın artdığı dövrdə ehtiyatlar üzərində əlavə təzyiq formalaşdıracaq.
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"


























.jpg)











