ABŞ
Trampdan KRİTİK AÇIQLAMA - “Ukraynanın yeni prezident seçməsinin vaxtı çatıb”
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukraynaya yeni lider lazımdır.
Publika.az xəbər verir ki, o, bu barədə brifinq zamanı danışıb.
“Düşünürəm ki, Ukraynanın yeni prezident seçməsinin vaxtı çatıb”, — dövlət başçısı deyib.
Tramp əlavə edib ki, Ukraynaya razılaşma əldə edə biləcək yeni lider tapmağı tövsiyə edərdi. Onun sözlərinə görə, ölkənin hazırkı prezidenti Volodimir Zelenski çoxsaylı razılaşmalar əldə edə bilərdi, lakin nədənsə bunu etmir.
Oktyabrın 9-da Tramp "Truth Social" sosial şəbəkəsində Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı apardığını bildirib. Tərəflər Rusiya dizel yanacağının dünya bazarlarına qaytarılması barədə razılığa gəliblər: ABŞ sanksiyaları altı ay müddətinə, aprelin 7-dək dayandırıb. Trampın sözlərinə görə, Moskva “dərhal” 300 min ton yanacaq tədarük edə, gələcəkdə isə bu həcmi daha da artıra bilər. Putin Rusiyanın tədarükə hazır olduğunu təsdiqləyib.
Daha sonra Zelenski Rusiya və ABŞ liderlərinin telefon danışığına etirazını bildirib. "Axios" nəşrinin məlumatına görə, 15 dəqiqəlik müsahibə zamanı Ukrayna lideri qıcıq və narazılıqla danışıb, Rusiya dizel yanacağının dünya bazarına tədarükü barədə razılaşmadan xəbər tutduqdan sonra hətta özünü xəyanətə uğramış hiss etdiyini deyib.
Hüseyn İbadlı
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO










.jpg)














.jpg)











