ABŞ
ABŞ Konqresindən Trampa ultimatum: Rusiyaya sanksiyaları dərhal tətbiq et!
ABŞ Konqresinin Demokratlar və Respublikaçılar partiyalarını təmsil edən 22 üzvü prezident Donald Trampa müraciət edərək Rusiyaya qarşı qanunla nəzərdə tutulan sanksiyaların tam həcmdə və gecikdirilmədən tətbiqini tələb edib.
Publika.az xəbər verir ki, bu barədə konqresmen Cim Kostanın rəsmi saytında və Vaşinqtonda fəaliyyət göstərən ukraynalı jurnalist Ostap Yarişin “Facebook” səhifəsində məlumat verilib.
Bildirilir ki, müraciətin təşəbbüskarı Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü Cim Kosta olub. Sənədə Ukrayna üzrə parlament qrupunun həmsədrləri Mayk Kviqli, Marsi Kaptur, Brayan Fitspatrik və Co Vilson da dəstək veriblər.
Konqresmenlər bildiriblər ki, Lindsi Qrem tərəfindən irəli sürülən “2026-cı il Rusiya və İrana qarşı sanksiyalar haqqında” qanunda nəzərdə tutulan əsas sanksiyaların qüvvəyə minməsi üçün ilk məcburi son tarix oktyabrın 18-də başa çatır.
Qanunvericilər qış mövsümü ərəfəsində Moskva üzərində iqtisadi təzyiqin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Onların fikrincə, Rusiya Ukraynaya qarşı beşinci qış hərbi kampaniyasına hazırlaşarkən ABŞ Vladimir Putinə, eləcə də onun müharibəsini maliyyələşdirən hökumətlərə və şəbəkələrə maksimum təzyiq göstərməlidir.
Müraciətdə qeyd olunub ki, qanunda nəzərdə tutulan iqtisadi təzyiq vasitələrindən istifadə Putinin sülh danışıqlarına ciddi yanaşmasına nail olmaq baxımından həlledici əhəmiyyət daşıyır.
Konqresmenlər ABŞ Maliyyə Nazirliyinin oktyabrın 9-da verdiyi 135 saylı ümumi lisenziyadan da narahatlıq ifadə ediblər. Həmin sənəd Rusiyadan dizel yanacağının ABŞ-a satışı, çatdırılması, boşaldılması və idxalı ilə bağlı əməliyyatlara icazə verir.
Qanunvericilər administrasiyanı bu icazəni dərhal ləğv etməyə və Kremlin hərbi büdcəsinə neft gəlirlərinin axınını bərpa edən yeni güzəştlərə yol verməməyə çağırıblar.
Bundan əlavə, Nümayəndələr Palatasının üzvləri Ağ Evdən beş sual üzrə oktyabrın 18-dən gec olmayaraq yazılı izahat tələb ediblər.
Müəllif: Adəm
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi
-
Magazin110:06“O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...












.jpg)

.jpg)

























