ABŞ Avstraliya və İtaliya mafiyasına sanksiya tətbiq etdi
Bizi izləyin

ABŞ

ABŞ Avstraliya və İtaliya mafiyasına sanksiya tətbiq etdi

ABŞ Avstraliya və İtaliya mafiyasına sanksiya tətbiq etdi

ABŞ beynəlxalq narkotik şəbəkələrinə qarşı sanksiyaları genişləndirib.

Publika.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi Avstraliyada fəaliyyət göstərən “Komanchero” motosikletçi qruplaşmasına və İtaliyanın “Ndrangeta” mafiya təşkilatına qarşı sanksiyalar tətbiq edib.

Nazirliyin məlumatına görə, hər iki təşkilat ABŞ-da terrorçu kimi tanınan narkokartellərlə əməkdaşlıq edir.

Sanksiyalar çərçivəsində 14 nəfərin və Kanadada fəaliyyət göstərən dörd şirkətin də aktivləri hədəfə alınıb. Həmin şirkətlərdən üçünün dəfn xidmətləri göstərdiyi, digərinin isə limuzin icarəsi ilə məşğul olduğu bildirilir. ABŞ tərəfinin məlumatına görə, şirkətlərə “Ndrangeta”nın Kanada bölməsinin üzvlərindən biri rəhbərlik edir.

Məhdudiyyətlərə əsasən, sanksiyaya məruz qalan şəxslərin və təşkilatların ABŞ-dakı aktivləri dondurulacaq.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm