ABŞ
Klinton Trampın Çində Putinə demədiyi şeyləri açıqladı: Hərəkətə keçmək vaxtıdır
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton prezident Donald Tramp administrasiyasını Ukraynaya hərbi dəstəyi azaltmaqda ittiham edib.
Publika.az xəbər verir ki, Klinton “The New York Times” qəzetində dərc olunan məqaləsində ABŞ Konqresini Ukraynaya hərbi və kəşfiyyat dəstəyinin artırılması üçün təcili addımlar atmağa çağırıb.
O bildirib ki, Tramp Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə görüşündə Ukraynaya qarşı hücumların dayandırılmasını tələb etməli, Rusiyanın hərbi sənayesinə dəstək verilməsinin nəticələri barədə Pekinə xəbərdarlıq etməli idi.
Klintonun sözlərinə görə, son aylarda Pentaqon Ukraynaya həyati əhəmiyyət daşıyan “Patriot” hava hücumundan müdafiə raketlərinin tədarükünü ləngidib. Bundan başqa, Kiyev “Starshield” peyk rabitəsi sistemi və ABŞ kəşfiyyat məlumatlarına çıxışda fasilələrlə üzləşib.
Keçmiş dövlət katibi qeyd edib ki, Ukraynanın Rusiya ballistik raketlərinə qarşı müdafiə imkanları məhduddur. Onun sözlərinə görə, ölkənin bu sahədə öz texnologiyasını hazırlaması 2027-ci ilin ortalarına qədər vaxt apara bilər. Buna görə də Kiyevin hazırda ABŞ istehsalı olan “Patriot” raketlərinə ehtiyacı var.
Klinton ABŞ Konqresini Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsinin davam etdirilməsinə, “Patriot” raketlərinin tədarükü üçün dəqiq qrafikin müəyyənləşdirilməsinə və “Starlink”ə çıxışın genişləndirilməsinə nail olmağa çağırıb.
O, həmçinin qarşıdan gələn qış aylarında Ukraynaya humanitar yardımın artırılmasının vacibliyini vurğulayıb.
“İndi sakitləşmək deyil, hərəkətə keçmək vaxtıdır”, - deyə Klinton fikrini yekunlaşdırıb.
Akqabay
-
Nida Xəbər 11:21Media müsabiqələrində YENİLİK
-
Elm və təhsil10:40Rektor təyin olunan Məleykə Abbaszadədən ilk açıqlama: “Böyük vədlərlə başlamaq istəməzdim”
-
Yaxın Şərq10:28NATO Türkiyənin təhlükəsizliyini təmin edə bilmədi - Fidandan vacib açıqlama
-
Rəsmi xronika10:20Əliyev Vyetnamın Milli Assambleyasının sədri ilə görüşdü - FOTO
-
Nida Xəbər 10:13“Atlant”ın rəhbəri öldü - FOTO
-
Nida Xəbər 09:30Keçmiş nazirə yeni vəzifə verildi - FOTO
-
Rəsmi xronika09:15İlham Əliyev Vyetnamın Baş naziri ilə görüşdü - FOTO
-
İdman09:00Ən çox maaş alan MLS oyunçuları - Beşlikdə kimlər var?













.jpg)



.jpg)






.png)

.jpg)











.png)
