Tramp potensial varislərinin adlarını açıqladı - “Sürprizlər də ola bilər”
Bizi izləyin

ABŞ

Tramp potensial varislərinin adlarını açıqladı - “Sürprizlər də ola bilər”

Tramp potensial varislərinin adlarını açıqladı - “Sürprizlər də ola bilər”

Donald Tramp ABŞ-da keçiriləcək növbəti prezident seçkilərində Respublikaçılar Partiyasından ən real namizədlər hesab etdiyi şəxslərin adlarını açıqlayıb.

Publika.az xəbər verir ki, o, fikirlərini Amerikanın “Fox News” telekanalına müsahibəsində bölüşüb.

Trampın sözlərinə görə, respublikaçıların ölkənin ən yüksək dövlət vəzifəsi uğrunda mübarizə apara biləcək kifayət qədər siyasətçisi var. Bununla belə, o, ən perspektivli namizədlər kimi vitse-prezident Cey Di Vensi və dövlət katibi Marko Rubionu göstərib.

Eyni zamanda, ABŞ prezidentinin fikrincə, mümkün namizədlərin dairəsi bu iki şəxslə məhdudlaşmır və partiya gözlənilməz namizədlər də irəli sürə bilər.

“Amma sürprizlər də ola bilər. Bizim çox bacarıqlı insanlarımız var”, – o əlavə edib.

“Şübhəsiz ki, Cey Di vitse-prezidentdir. Marko da əsas namizədlər sırasındadır. Onların hər ikisi möhtəşəm işləyir və hər ikisi çox, çox populyardır”, – Tramp bildirib.

Xatırladaq ki, demokratlar aralıq seçkilərdə inamlı qələbə qazanaraq ABŞ Konqresinin hər iki palatasına nəzarəti ələ keçirəcəklər. Senatda onların 54, respublikaçıların isə 44 yeri olacaq. Nümayəndələr Palatasında isə demokratlar 228 mandat qazanacaqlar. Demokratlar, həmçinin uzun illər respublikaçılara səs verən ştatlarda, o cümlədən Kanzasda 1932-ci ildən, Texasda isə 1988-ci ildən bəri ilk dəfə Senatdakı yerləri geri qaytarıblar.

Bundan əvvəl “The New York Times” qəzeti respublikaçıların aralıq seçkilərdə məğlubiyyətindən sonra Cey Di Vensin Trampla arasına məsafə qoymağa başladığını yazıb. Vitse-prezident sosial şəbəkələrdə bildirib ki, Trampın bir çox keçmiş tərəfdarı demokratlara səs verib. O, bunun səbəbləri arasında müharibəni, inflyasiyanı və ölkənin İsraillə münasibətlərini dəyişmək istəyini göstərib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm